KİV: İran atəşkəslə bağlı danışıqlardan imtina edir

KİV: İran atəşkəslə bağlı danışıqlardan imtina edir
16.06.2025 11:29 Dünya

İran Qətər və Oman vasitəçilərinə açıq şəkildə bildirib ki, İsrailin qabaqlayıcı zərbələrinə cavabını tamamlamadan atəşkəs və digər ciddi danışıqlara başlamağa hazır deyil.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran hücum təhlükəsi altında danışıqlara getməyəcəyini açıq şəkildə bəyan edib.

Bununla yanaşı, mənbə İranda yayılan bəzi xəbərləri də təkzib edib. Məlumata görə, Tehranın ABŞ-dən atəşkəs və nüvə danışıqlarının bərpası üçün vasitəçilik istəməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər