İsveçdə seçkinin taleyi 4 faizə bağlandı - Hakimiyyət sağa keçə bilər

İsveçdə seçkinin taleyi 4 faizə bağlandı - Hakimiyyət sağa keçə bilər
13.09.2026 17:25 Dünya

İsveçdə parlament seçkiləri keçirilir.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, seçkilər öncəsi sosial-demokratların rəhbərlik etdiyi sol-mərkəzçi müxalifət Baş nazir Ulf Kristerssonun rəhbərlik etdiyi sağ blok üzərində cüzi üstünlüyünü qoruyur. Lakin son həftələrdə tərəflər arasındakı fərq azalıb.

Seçkilərin əsas intriqalarından biri ifrat sağçı “İsveç Demokratları” partiyasının hökumətdə iştirak edib-etməyəcəyidir. Sağ blok qalib gələcəyi təqdirdə partiyalar Kristerssonun rəhbərliyi ilə dördtərəfli hökumət qurmaq barədə razılığa gəliblər.

Seçkilərin nəticəsi həmçinin “Liberallar”ın parlamentə daxil olmaq üçün tələb olunan 4 faizlik seçki baryerini keçib-keçməyəcəyindən asılı olacaq.

Hər iki siyasi blok Ukraynaya dəstək və müdafiə imkanlarının gücləndirilməsini müdafiə edir. Bununla yanaşı, tərəflər miqrasiya siyasəti, sosial xərclər, vergilər və yeni atom reaktorlarının tikintisi məsələlərində fərqli mövqelərə malikdir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər