İsveç Rusiya ilə mümkün müharibəyə qarşı PUA istehsal edir
İsveçin müdafiə şirkəti "Saab" Rusiya ilə mümkün müharibəyə hazırlaşaraq yeni pilotsuz döyüş təyyarəsi üzərində işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Svenska Dagbladet" məlumat yayıb.
Şirkətin Baş direktoru Mikael Yohansson bildirib ki, sınaqlar 2026-cı ildə başlayacaq. Yeni təyyarənin düşmən ərazisinin dərinliyindəki hədəfləri vurmaq qabiliyyətinə malik olacağı qeyd olunub.
"Saab" şirkəti artıq bu cür təyyarənin yaradılmasına yaxın olduğunu açıqlayıb.
Türkan İsgəndərli