İstanbulda sərnişin bərəsi yük gəmisi ilə toqquşdu
İstanbul boğazında Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən sərnişin gəmisi yük gəmisi ilə toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Sahil Təhlükəsizliyi xidməti cəlb olunub.
Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat verilməyib.
Aynur TAC