İsraildə Gürcüstan səfirliyinin yaxınlığına mərmi düşdü
Gürcüstanın İsraildəki səfirliyin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
“Bu gün Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığındakı əraziyə mərmi düşüb. Hadisə nəticəsində səfirlik binası zərər görməyib”, – deyə bildirilib.
Töhfə Səməd