Ukrayna Qrossinin gözünə qorxu saldı, səfərini ləğv etdi
AEBA rəhbəri Rafael Qrossi Kiyev tərəfindən təhlükəsizlik zəmanətinin olmaması səbəbindən Zaporojye AES-ə səfərini təxirə salmalı olub.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Rusiyanın Venadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"AEBA-nın baş direktoru və onun komandasının üzvləri avqustun sonunda Zaporojye AES-ə baş çəkməyi planlaşdırırdılar. Lakin Rafael Qrossi Ukrayna tərəfinin stansiyaya təhlükəsiz səfər zəmanəti verməkdən imtina etməsi ilə əlaqədar bu planların həyata keçirilməsini təxirə salmağa məcbur oldu", - deyə o qeyd edib.
Aysel Mətləb