Lavrov Krım barədə son sözünü dedi

Lavrov Krım barədə son sözünü dedi
23.09.2026 21:07 Dünya

Rusiya xarici işlər naziri Sergey Lavrov Krım məsələsinin Moskva üçün artıq bağlandığını bildirib.

TodayPress TV xəbər verir ki, Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı “Krım məsələsi əbədi olaraq bağlanıb və bunu hamı yaxşı başa düşür” deyib.

O bildirib ki, Ukrayna “Minsk razılaşmalarını” yerinə yetirsəydi, sərhədlərini qoruyub saxlaya bilərdi.

Lavrovun sözlərinə görə, Rusiya Ukrayna üzrə uzunmüddətli və dayanıqlı nizamlanma ilə bağlı danışıqlara hazırdır. Bununla belə, Moskva danışıqların aparıldığı müddətdə “xüsusi hərbi əməliyyatı” dayandırmaq niyyətində deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər