İsrail saxlanılan son üç aktivisti də azad etdi

İsrail saxlanılan son üç aktivisti də azad etdi
16.06.2025 18:01 Dünya

İsrail hakimiyyəti ötən həftə Qəzzaya yardım aparan gəmidə saxlanılan son üç aktivistin azad edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Açıqlamaya görə, aktivistlər vətənlərinə İordaniya vasitəsilə qayıtmalı olacaqlar.

Qeyd edək ki, İsrail ordusu keçən həftə humanitar yardım daşıyan “Madleen” adlı gəminin Qəzzaya hərəkətini dayandırmışdı. Gəmidə humanitar yardım yükləri ilə yanaşı 12 nəfər sərnişin olub. Onların arasında dünyaca məşhur isveçli ekofəal Qreta Tunberq də yer alıb. Greta saxlanıldığı gün evinə göndərilib.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər