İsrail “qorxuya düşdü”: Türkiyənin hərbi gəmiləri HƏRƏKƏTDƏ

İsrail “qorxuya düşdü”: Türkiyənin hərbi gəmiləri HƏRƏKƏTDƏ
20.08.2026 23:26 Dünya

Türkiyənin son dövrlərdə Şərqi Aralıq dənizində hərbi-dəniz fəallığını artırdığı bildirilir.

TodayPress TV xəbər verir ki, İsrailin 12-ci kanalının məlumatına görə, son vaxtlar beynəlxalq sularda bir neçə dəfə Türkiyə hərbi gəmiləri həmin ərazidən keçən İsrail gəmilərinə yaxınlaşıb.

Məlumata əsasən, hadisələrin heç biri insidentlə nəticələnməyib. Buna baxmayaraq, İsraildə bu addımlar Türkiyənin regionda fəallığını davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.

İsrail tərəfi hesab edir ki, Ankara İsrailin bölgədəki hərbi mövcudluğuna baxmayaraq, Şərqi Aralıq dənizində öz mövcudluğunu qorumağa çalışır.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər