İsrail ordusu Beyt Hanun şəhərini mühasirəyə aldı

İsrail ordusu Beyt Hanun şəhərini mühasirəyə aldı
09.07.2025 18:19 Dünya

İsrail Müdafiə Qüvvələri (IDF) quru bölmələrinin Qəzza zolağının şimalındakı Beyt Hanun şəhərini mühasirəyə almaq üçün əməliyyata başladığını bildirib.

TodayPress TV xəbər verir ki, məlumatda deyilir. 

"162-ci diviziyanın komandanlığı altında Givati ​​Briqadası döyüş qrupu 99-cu diviziya ilə birləşərək Qəzza zolağının şimalında Beyt Hanunu mühasirəyə almaq üçün əməliyyata başlayıb".

Mətbuat xidməti əlavə edib ki, qoşunlar “terrorçuları məhv etmək və HƏMAS-ın bölgədəki terror infrastrukturunu və hərbi potensialını məhv etmək məqsədi ilə hərəkət edirlər.

Nicat Osman

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər