İsrail Livanda "Hizbullah" komandirini öldürdü
İsrail Livanın cənubunda "Hizbullah"ın əsas komandirlərindən birini, raket bölməsinə rəhbərlik edən Məhəmməd Əli Camulu öldürdüyünü açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, Camul İsrail ərazilərini atəşə tutmaqda iştirak edib və atəşkəsi pozaraq "Hizbullah"ın infrastrukturunu bərpa etməyə çalışıb.
Qeyd edək ki, 2024-cü ilin sentyabrından sonra Yaxın Şərqdə gərginlik artıb və İsrail "Hizbullah"ın infrastrukturuna qarşı əməliyyatlar aparır.
Türkan İsgəndərli