İspaniya F-35 qırıcılarının alınmasından imtina etdi
İspaniya hökuməti ABŞ istehsalı olan F-35 qırıcılarının alınması planından imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü il dövlət büdcəsində yeni hərbi təyyarələrin alınması üçün 6,25 milyard avro (təxminən 7,24 milyard dollar) ayrılıb. Lakin 2025-ci ildə Avropa müdafiəsinə əlavə 10,5 milyard avro ayrılması planı bu layihənin reallaşdırılmasını maliyyə baxımından mümkünsüz edib.
Bu qərar İspaniyanın ABŞ-nin F-35 proqramında iştirak etməyəcəyini və alternativ olaraq Avropa müdafiə təşəbbüslərinə önəm verəcəyini göstərir.
Türkan İsgəndərli