İranın Gürcüstana hava yolu bağlandı
Gürcüstan İrana məxsus aviaşirkətlərin ölkəyə uçuşlarını qadağan edib.
TodayPress TV-nin məlumatına görə, Gürcüstan Mülki Aviasiya Agentliyi bildirib ki, ABŞ-nin sanksiya siyahısına daxil edilən İran aviaşirkətlərinə qarşı məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin sanksiya tətbiq etdiyi 27 İran aviaşirkətindən 5-i Gürcüstana uçuş həyata keçirir.
ABŞ İran aviasiya sektoruna qarşı sanksiyaları Tehranın hava nəqliyyatından silah və qanunsuz yüklərin daşınması üçün istifadə etdiyini iddia edərək tətbiq edib.
Məlumata görə, 2026-cı ilin ilk yarısında Gürcüstana səfər edən iranlı turistlərin sayı 49 faiz azalaraq 29,4 min nəfərə düşüb. Bu turistlərdən əldə olunan gəlirlər isə 65 faiz azalaraq 19,9 milyon dollar təşkil edib.
İran vətəndaşlarının Gürcüstanın turizm gəlirlərində payı təxminən 2,6 faizdir.
Kübra Musayeva