İran çətin durumda: ABŞ bu 3 ölkənin yolunu bağlasa nə baş verəcək?
2024–2025 maliyyə ilində İranın qeyri-neft idxalında əsas pay Birləşmiş Ərəb Əmirlikləri, Çin və Türkiyənin üzərinə düşüb.
TodayPress TV xəbər verir ki, məlumata görə, idxalın 30,4 faizi BƏƏ-dən, 26,7 faizi Çindən, 17,2 faizi isə Türkiyədən həyata keçirilib. Beləliklə, üç ölkə birlikdə İranın qeydə alınmış qeyri-neft idxalının təxminən 74 faizini təmin edib.
BƏƏ xüsusilə İran üçün mühüm ticarət keçidi hesab olunur. İranlı tacirlər uzun illərdir qlobal təchizatçılara çıxış əldə etmək üçün Dubayın təkrar ixrac bazarlarından, vasitəçilərindən və ticarət şirkətlərindən istifadə edirlər.
Çin isə İranın sənaye və texnologiya təchizatında əsas tərəfdaşlardan biridir. Türkiyə də quru əlaqələri və regional ticarət imkanları ilə İran üçün Qərbə çıxış kanallarından biri rolunu oynayır.
Məlumatda Azərbaycan və Xəzər istiqamətinin də İran üçün alternativ ticarət marşrutu kimi əhəmiyyətinin artdığı vurğulanır. ABŞ-nin İranın qonşu ölkələrlə ticarətini məhdudlaşdırmağa çalışması halında Tehran ciddi iqtisadi təzyiqlə üzləşə bilər.
Kübra Musayeva