İran səfərbərlik edir: ABŞ-yə qarşı batalyon yaradılır - VİDEO

İran səfərbərlik edir: ABŞ-yə qarşı batalyon yaradılır - VİDEO
14.09.2026 00:56 Dünya

İranda ABŞ-nin mümkün hücumundan müdafiə məqsədilə 1 000-dən çox könüllü batalyonun yaradılması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın qərargahının yaydığı açıqlamada bildirilib. Kampaniyanın “Özünü fəda edənlər” adlandırıldığı qeyd olunub.

Məlumata görə, ölkənin istənilən sakini könüllü kimi qeydiyyatdan keçə bilər. Sentyabrın 15-dən sonra könüllülərin hərbi hazırlıq və ilkin tibbi yardım üzrə təlimlər keçəcəyi bildirilib.

Açıqlamada həmçinin indiyədək İran vətəndaşlarından 31,5 milyondan çox müraciətin daxil olduğu iddia edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər