İran raketi "Microsoft"un binasına düşdü
İranın raketlərindən biri İsrailin Beer Şeva şəhərində "Microsoft"un ofisinin yerləşdiyi texnopark yaxınlığına düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, raket zərbəsi şəhərin cənubunda bir neçə yanğına səbəb olub. İsrail polisi bildirib ki, hadisə maddi ziyanla nəticələnib. İlkin məlumatlara əsasən insan itkisi yoxdur.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail “Aslan qalxması” adlı əməliyyatla İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib. İran da cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hədəfləri vurub.
Türkan İsgəndərli