İran müharibəni Suriyaya daşıdı - "Hizbullah"a yol açmaq üçün bombalayır
SEPAH Suriyanın Əl-Tanf bölgəsində yerləşən ABŞ hərbi bazasına zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "PRESS TV" məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində radar sistemləri və helikopterlər məhv edilib, çoxlu sayda ABŞ hərbçisi həlak olub.
Əl-Tanf bazası İranın "Hizbullah"a quru bağlantısını məhdudlaşdıran strateji yol qovşağında yerləşir.
Qeyd edək ki, ABŞ fevral ayında Əl-Tanf bazasından çıxıb, aprel ayında isə Suriyadakı hərbi qüvvələrini tamamilə geri çəkib.
Hələlik hücum nəticəsində ciddi ziyanın olduğu barədə rəsmi təsdiq yoxdur.
Jalə Rövşən