İran BƏƏ ilə yeni səhifə açır: Pezeşkian AÇIQLADI
İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəlib.
TodayPress TV-nin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, tərəflər Yeni Dehlidə BƏƏ-nin Əbu-Dabi vəliəhdi ilə keçirilən görüşdə mövcud məsələlər və narahatlıqları müzakirə ediblər.
Pezeşkianın sözlərinə görə, görüş zamanı keçmişdəki problemləri geridə qoymaq, gələcəyə yönəlmək və münasibətlərin birgə səylərlə inkişaf etdirilməsi üçün qarşılıqlı anlaşmaya nail olmaq barədə razılıq əldə olunub.
“Bu görüşdə mövcud məsələlər və narahatlıqlar barədə yaxşı söhbət oldu. Keçmişi geridə qoymaq, gələcəyə baxmaq və onu birgə səylərlə necə quracağımız barədə qarşılıqlı anlaşmaya gəlmək qərarına gəldik”, – deyə İran Prezidenti bildirib.
Kübra Musayeva