İran AEBA ilə əməkdaşlığa yalnız bir şərtlə qayıdacaq
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) yalnız agentliyin İranın nüvə proqramına qarşı “ikili yanaşmadan” imtina etməsi halında əməkdaşlığı bərpa edəcək.
TodayPress TV xəbər verir ki, Pezeşkian yeni təcavüz halında İrandan daha sərt cavab veriləcəyini də vurğulayıb.
Xatırladaq ki, İran tərəfi AEBA-nı ABŞ və İsrailin nüvə obyektlərinə zərbələrinə səssiz qalmaqda ittiham edərək əməkdaşlığı dayandırmışdı.
Qiymət Mahir