Hörmüzlə bağlı vacib görüş son anda ləğv edildi
Hörmüz boğazında gəmiçiliklə bağlı region ölkələrinin iştirakı ilə sentyabrın 14-də keçirilməsi planlaşdırılan görüş təxirə salınıb.
TodayPress TV xəbər verir ki, Oman xarici işlər naziri Bədr əl-Busəidi görüşün konsensusa nail olmaq məqsədilə təxirə salındığını açıqlayıb.
Omanın Salala şəhərində keçirilməsi nəzərdə tutulan görüşdə Körfəz ölkələrinin beşinin, İraqın və İranın xarici işlər naziri Abbas Əraqçinin iştirakı gözlənilirdi.
Görüşün yeni tarixi barədə məlumat verilməyib.
Kübra Musayeva