Hörmüz boğazında ümidlər “suya düşdü” - ABŞ-dən XƏBƏRDARLIQ
ABŞ-nin energetika naziri Kris Rayt İranla Hörmüz boğazından gəmiçilik məsələsində yaxın zamanda razılığın əldə olunacağına ümid etməməyə çağırıb.
TodayPress TV xəbər verir ki, Rayt “Bloomberg”ə açıqlamasında İranla bu gün konsensus əldə olunacağını gözləməyin düzgün yanaşma olmadığını bildirib.
Onun sözlərinə görə, neft bazarları hələlik regiondan neft tədarükünü təmin edən alternativ marşrutlara güvənməlidir. Nazir bu marşrutlar vasitəsilə gündə təxminən 10 milyon barel neftin daşındığını qeyd edib.
Rayt bildirib ki, hazırda dünya neft bazarlarında müəyyən məhdudiyyətlər mövcuddur, lakin vəziyyətin həddindən artıq kritik həddə çatmadığını vurğulayıb.
Qeyd edək ki, körfəz ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşünün 14 sentyabrda Omanın Salalah şəhərində keçirilməsi planlaşdırılır.
Kübra Musayeva