Hörmüz boğazında daha bir tanker minaya düşdü

Hörmüz boğazında daha bir tanker minaya düşdü
11.11.2026 11:05 Dünya

Hörmüz boğazında daha bir tanker mina ilə toqquşub.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, sözügedən tanker Hörmüz boğazının minalanmış və qadağan olunmuş şərq hissəsindən keçərkən minaya düşüb və nəticədə yanğına məruz qalıb.

“Hörmüz boğazından keçid İranla koordinasiya və müəyyən olunmuş qaydalara əməl etməklə mümkündür”, - SEPAH-ın gəmi sahiblərinə xəbərdarlığında qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər