G7 sammiti zamanı hava məkanını pozan təyyarə aşkarlandı

G7 sammiti zamanı hava məkanını pozan təyyarə aşkarlandı
16.06.2025 17:20 Dünya

Kanadanın Kananaskis bölgəsində keçirilən G7 sammiti zamanı "NORAD" pilotsuz zonaya daxil olan şəxsi təyyarəni "CF-18" qırıcıları ilə ələ keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Kanadanın "CBC News" telekanalı məlumat yayıb.

Təyyarənin pilotu xəbərdarlıqlardan sonra özbaşına yerə enib və Kanada polisinə təslim olub. Rəsmi məlumatda bildirilib ki, hər bir pilot uçuşdan əvvəl məkanın məhdudiyyətlərini yoxlamağa borcludur. 

Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də keçirilir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər