Fransa Almaniya kanslerini "dəli" adlandırdı

Fransa Almaniya kanslerini "dəli" adlandırdı
28.05.2025 20:20 Dünya

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Almaniyanın kansleri Fridrix Mertsin Ukraynadakı münaqişənin uzunmüddətli olacağına dair açıqlamasına sərt reaksiya verib. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "X"da yazıb.

Fransız siyasətçi əlavə edib ki, Merts hər gün getdikcə daha radikal və “dəli” fikirlər səsləndirir. O, Fransanı nə Almaniya ilə əməkdaşlığa, nə də Avropa İttifaqı çərçivəsində fəaliyyət göstərməyə çağırıb.

Qeyd edək ki, Florian Filippot son illərdə Avropa İttifaqı və NATO-ya qarşı tənqidi mövqeyi ilə tanınır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər