Fişəng fabrikində partlayış: 5 ölü

Fişəng fabrikində partlayış: 5 ölü
30.05.2025 11:07 Dünya

Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Muktsar rayonunda fişəng fabrikində baş verən güclü partlayış nəticəsində azı 5 nəfər ölüb, 34 nəfər yaralanıb. 

TdayPress TV xəbər verir ki, bu barədə “Indian Express” məlumat yayıb.

Partlayış nəticəsində iki mərtəbəli sənaye binası çöküb və bəzi insanların dağıntılar altında qala biləcəyi ehtimal olunur. Xilasetmə işləri davam edir, və qurbanların sayının artacağı istisna edilmir.

Hazırda hadisənin səbəbləri araşdırılır. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib və ərazidə fövqəladə vəziyyət elan olunub.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər