Fidan: "ABŞ İsrailin siyasətinə təsir edə bilmir"

Fidan: "ABŞ İsrailin siyasətinə təsir edə bilmir"
19.09.2025 11:32 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ-nin İsrailə təsiri göründüyü qədər güclü deyil. 

TodayPress TV xəbər verir ki, o, bunu Misirin MBC Masr telekanalına verdiyi müsahibədə deyib.

Nazirin sözlərinə görə, son hadisələr ABŞ-nin Yaxın Şərqdə, xüsusilə İsrailin siyasətinə əvvəlki kimi yön verə bilmədiyini göstərir.

Fidan həmçinin vurğulayıb ki, Türkiyə regiondakı böhranların həlli üçün aktiv diplomatik səylər göstərir. O əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğan bu məsələlərə, xüsusən də Qəzzada baş verənləri dayandırmaq üçün beynəlxalq diplomatiyaya böyük vaxt ayırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər