FBI Nyu-Yorkda İŞİD terrorunun qarşısını son anda aldı

FBI Nyu-Yorkda İŞİD terrorunun qarşısını son anda aldı
20.08.2026 23:44 Dünya

ABŞ Federal Təhqiqat Bürosu (FBI) Nyu-York ştatının Kapitol binasına qarşı İŞİD ideologiyasından ilhamlanan terror planının qarşısını alıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, Nyu-York sakini olan qadın Kapitol binasını partlatmağı planlaşdırıb və İŞİD-ə sədaqət andı içib. Federal agentlər plan həyata keçirilməzdən əvvəl müdaxilə edərək şübhəlini saxlayıblar.

İstintaqın davam etdiyi, hadisə ilə bağlı federal ittihamların irəli sürüldüyü bildirilir. Rəsmilər hazırda ictimaiyyət üçün hər hansı təcili təhlükənin olmadığını açıqlayıblar.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər