Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti qurur

Estoniya Rusiya ilə sərhəddə müdafiə xətti qurur
20.06.2025 11:59 Dünya

Estoniya Rusiya ilə sərhəddə yeni müdafiə xətti qurmağa başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın milli dövlət yayımı "ERR" məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə Qüvvələri və Milli Müdafiə İnvestisiyaları Mərkəzi Estoniyanın cənub-şərqində Baltikyanı Müdafiə Xəttinin tikintisinə start verib.

Hazırda bəzi ərazilərdə tank əleyhinə xəndəklər qazılır. 2025-ci ilin sonuna qədər 28 bunker və bir çox hərbi anbarın inşası planlaşdırılır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər