Estoniya Rusiya ilə arasındakı körpünü açmayacaq

Estoniya Rusiya ilə arasındakı körpünü açmayacaq
19.09.2025 10:21 Dünya

Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən Narva çayı üzərindəki Dostluq körpüsünü nəqliyyat vasitələrinin hərəkəti üçün açmaq niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın dövlət yayımçısı "ERR" məlumat yayıb.

Bu qərar, Rusiya tərəfinin sərhəd keçid məntəqəsindəki yenidənqurma işlərini başa çatdırmasına baxmayaraq qüvvədə qalacaq.

Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin rəhbəri Veiko Kommusaar bildirib ki, körpüdə avtomobil hərəkətinin bərpası texniki məsələlərlə deyil, regiondakı siyasi vəziyyət və təhlükəsizliklə bağlı qiymətləndirmələrə əsaslanacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər