Ermənistanda təlimlər zamanı minaatan partladı - Xəsarət alanlar var
Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Zərərçəkənlərin sağlamlıq durumu ilə bağlı daha sonra məlumat veriləcək.