Əraqçi Avropa nümayəndələri ilə görüşü təsdiqlədi
İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə avropalı nazirlərlə görüşəcəyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Daha əvvəl xəbər agentlikləri diplomatik mənbələrə istinadən bildirmişdilər ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri İran təmsilçisi ilə nüvə sazişi ilə bağlı danışıqlar aparmağı planlaşdırırlar.
Töhfə Səməd