Ekvador Prezidenti ölkədə komendant saatı tətbiq etdi

Ekvador Prezidenti ölkədə komendant saatı tətbiq etdi
19.09.2025 11:25 Dünya

Ekvador Prezidenti Daniel Noboa dizel yanacağına verilən subsidiyaların ləğvinə qarşı baş verən etirazlar fonunda ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib. 

TodayPress TV xəbər verir ki, etirazlar zamanı baş verən qarşıdurmalardan sonra prezident beş ştatda komendant saatı elan edib və fövqəladə vəziyyəti səkkiz bölgəyə qədər genişləndirib. 

Fərmana əsasən, ştatlarda hər gün saat 22:00-dan 05:00-dək hərəkət azadlığı məhdudlaşdırılır.

Qeyd edək ki, sentyabrın 16-da prezident yeddi ştatda fövqəladə vəziyyət elan etmişdi. 

Tədbirlərin məqsədi ölkədə yaranmış gərginliyi azaltmaq və ictimai asayişi bərpa etməkdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər