"Duty Free" Dubay şokoladının satışından 8 milyon dollar qazandı
Dubayda rüsumsuz ticarət mağazası (Duty Free) aprel ayında məşhur Dubay şokoladını 7,84 milyon dollara satıb.
TodayPress TV xəbər verir ki, bu barədə şəbəkənin saytında məlumat verilib.
"Apreldə Dubay şokoladının satışları 7,84 milyon dollara çatıb ki, bu da gündə 274 min dollar deməkdir", - deyə məlumatda qeyd olunub.