Dünyanın ən yaşlı prezidenti uzun müddətdən sonra ölkəsinə qayıtdı
Kamerun Prezidenti Paul Biya iki aydan çox davam edən yoxluqdan sonra ölkəsinə qayıdıb.
TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, 93 yaşlı dövlət başçısı Cenevrədən yola düşərək Yaounde Beynəlxalq Hava Limanına enib.
Biya iyunun 7-də Avropaya şəxsi səfərə getdikdən sonra Kamerunda görünmürdü.
Prezidentin Avropada keçirdiyi müddətin əvvəlki səfərləri ilə müqayisədə rekord həddə çatması ölkədə müzakirələrə səbəb olub. Müxalifət qüvvələri isə prezidentin uzun müddət ölkədən kənarda qalmasını idarəetmə böhranı kimi qiymətləndirib.
Paul Biya 1982-ci ildən Kameruna rəhbərlik edir. O, 2025-ci ilin payızında keçirilən prezident seçkilərində səslərin 53,66 faizini toplayaraq növbəti dəfə prezident seçilib.
Biya hazırda dünyanın ən yaşlı dövlət başçılarından biri hesab olunur.
Türkan İsgəndərli