Çində fişəng zavodunda partlayış oldu
Çinin Henan əyalətinin Şançjou şəhərində fişəng zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində geniş əraziyə tüstü yayılıb, bir neçə kilometr radiusda evlərin şüşələri qırılıb.
TodayPress TV xəbər verir ki, "Global Times" nəşrinin məlumatına görə, partlayış nəticəsində 9 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.
Hadisə yerində yanğınsöndürənlər, polis və səhiyyə xidmətləri cəlb olunub, xilasetmə və utilizasiya işləri davam etdirilir.
Qiymət Mahir