Çin elektrikli avtomobil ixracında rekordu təzələdi
Çinin elektrikli avtomobil ixracı ardıcıl ikinci ay rekord səviyyəyə çatıb.
TodayPress TV “Monte Cristo” “X” kanalına istinadən xəbər verir ki, Çin avtomobillərinin dünya bazarlarında artan payı Avropa avtomobil sənayesində rəqabət təzyiqini gücləndirir. Alman avtomobil istehsalçıları isə daxiliyanma mühərrikli avtomobillərin satışına yönəlmək məcburiyyətində qalırlar.
Hər yeni rekord Qərb hökumətlərini çətin seçim qarşısında qoyur: daha ucuz avtomobillərin idxalına şərait yaratmaq, yoxsa yerli istehsalçıları və fabrikləri qorumaq?
Hələlik hesabatda ixracın dəqiq aylıq göstəriciləri açıqlanmayıb. Əsas diqqət ixrac həcminə və avtomobillərin hansı bazarlara göndərildiyinə yönəlib.
Zəhra Məmmədova