Bu meyvə qaraciyəri qoruya bilər - Alimlərdən tədqiqat

Bu meyvə qaraciyəri qoruya bilər - Alimlərdən tədqiqat
17.11.2026 05:20 Dünya

Armud qabığında olan bəzi maddələr qaraciyəri alkoqolun yaratdığı zədələnmələrdən qoruya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Advances in Pharmacological and Pharmaceutical Sciences” (APPS) jurnalında dərc olunub.

Mütəxəssislər insan qaraciyər hüceyrələri və laboratoriya siçanları üzərində bir sıra təcrübələr aparıblar. Onlar qabıqdan əldə edilən maddələrlə zənginləşdirilmiş armud ekstraktının alkoqollu içkilərin əsas komponenti olan etanolun təsirlərinə necə təsir etdiyini araşdırıblar.

Nəticələr göstərib ki, ekstrakt oksidləşdirici stressi azaldıb, hüceyrələrin sağqalma göstəricisini yüksəldib, etanolun və onun zəhərli parçalanma məhsulu olan asetaldehidin miqdarını aşağı salıb.

Araşdırmada qabıq maddələri ilə zənginləşdirilmiş ekstraktın adi armud ekstraktından daha təsirli olduğu müəyyən edilib. Bəzi göstəricilər üzrə onun təsiri qaraciyərin qorunması ilə əlaqədar öyrənilən bitki mənşəli maddə olan silimarinin təsiri ilə müqayisə oluna bilib.

Qeyd edək ki, tədqiqat laboratoriya şəraitində və heyvanlar üzərində aparılıb. Bu nəticələr armud qabığının insanlarda alkoqolun qaraciyərə zərərini önlədiyini hələ sübut etmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər