BMT-nin gözü bu görüşdə olacaq - Vaşinqton, Moskva və Pekin zirvəsi

BMT-nin gözü bu görüşdə olacaq - Vaşinqton, Moskva və Pekin zirvəsi
17.11.2026 06:12 Dünya

BMT Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin üçtərəfli görüşünün nəticələrini izləyəcək.

TodayPress TV xəbər verir ki, bunu BMT Baş katibinin müavini Fərhan Haq açıqlayıb.

O bildirib ki, Rusiya, Çin və ABŞ liderləri nüvə silahlarının yayılmaması və digər məsələlərlə bağlı ortaq mövqe formalaşdıra bilsələr, bu, müsbət hadisə olacaq.

“Bu üçtərəfli görüşün nəticəsində nələrin baş verəcəyini izləyəcəyik”, – deyə o vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 NOYABR 2026
Bütün Xəbərlər