Britaniya müdafiəyə 1,5 milyard funt ayırır
Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, müdafiə sənayesinə əlavə 1,5 milyard funt sterlinq (təxminən 2 milyard dollar) yatırım edilməsi Moskva üçün bir siqnaldır.
TodayPress TV xəbər verir ki, nazir bu fikirləri “BBC” kanalına verdiyi açıqlamada səsləndirib.
“Bu, Moskvaya da siqnaldır. Britaniya Silahlı Qüvvələrini və hərbi-sənaye bazasını gücləndirir. Bu həm döyüşə hazır olmağımızın, həm də gələcəkdə döyüşlərin qarşısını almaq gücümüzün göstəricisidir”, – deyə Hili bildirib.
Nazirin sözlərinə görə, Ukraynadakı müharibə göstərdi ki, ordu yalnız arxasında dayanan sənaye qədər güclüdür.
Qiymət Mahir