Bolton: "ABŞ-nin münaqişəyə müdaxilə ehtimalı 50 faizdir"

Bolton: "ABŞ-nin münaqişəyə müdaxilə ehtimalı 50 faizdir"
19.06.2025 10:08 Dünya

ABŞ-nin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Vaşinqtonun İsrail-İran münaqişəsinə birbaşa müdaxilə etmə ehtimalını “50-yə 50” qiymətləndirib.

TodayPress TV xəbər verir ki, onun bu sözlərinə “Der Spiegel” istinadla yer verilib.

Bolton bildirib ki, Tramp xüsusi nümayəndəsi Stiv Uitkofu İranın xarici işlər naziri Abbas Əraqçi ilə yenidən əlaqələndirməyə çalışa bilər. Lakin o da anlayır ki, əgər bu proses İran rejiminin süqutu ilə nəticələnsə, bu, Yaxın Şərqdə tarixi dönüş nöqtəsi olacaq.

“Prezident üçün bu prosesin onun iştirakı olmadan baş verməsi dözülməz fikirdir. Tramp hər zaman yalnız özü haqqında düşünür”, – deyə sabiq müşavir bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər