BMT-nin İrana qarşı sanksiyaları yenidən tətbiq olunacaq

BMT-nin İrana qarşı sanksiyaları yenidən tətbiq olunacaq
19.09.2025 03:23 Dünya

BMT-nin İrana qarşı sanksiyaları ayın sonuna qədər yenidən tətbiq olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Channel 12" televiziyasına müsahibəsində Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

O bildirib ki, sanksiyaların yenidən tətbiq olunmasına səbəb rəsmi Tehranın Avropa dövlətləri ilə aparılan danışıqlarda ciddi davranmamasıdır.

Makrona "snapback" (tətbiq edilən sanksiyalara qayıdış) adlanan mexanizmin işə düşüb-düşməyəcəyi sual verildikdə, o cavab verib: "Bəli. Elə düşünürəm, çünki iranlılardan gələn son xəbərlər ciddi deyil".

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər