Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb"

Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb"
19.08.2026 15:14 Dünya

"İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu əl-Duhur hava bazasına zərbəsi Türkiyə ilə birbaşa hərbi qarşıdurma riskini artırıb".

TodayPress TV xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Prezidentin Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barrak bildirib.

Məlumata görə, avqustun 18-də Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşən hava bazasına hava hücumu həyata keçirilib. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi daha sonra zərbənin İsrail tərəfindən endirildiyini təsdiqləyib.

İsrail tərəfi bildirib ki, Suriyanın Türkiyə hərbçilərinin hava bazasında yerləşməsinə icazə verməsi bölgədə mövcud vəziyyəti dəyişə bilər.

Barrakın sözlərinə görə, Türkiyə hərbçiləri İsrail təyyarələrinin bazaya doğru hərəkət etdiyindən xəbərsiz olublar. Bu isə onların təhlükə ilə üzləşdiklərini düşünərək qırıcıları havaya qaldırmasına səbəb ola bilərdi.

Diplomat qeyd edib ki, hadisə İsrail, Türkiyə və Suriya arasında sürətli eskalasiya və birbaşa hərbi qarşıdurma riski yaradıb. Lakin zərbə nəticəsində ölən olmayıb və vəziyyət daha da gərginləşməyib.

ABŞ hazırda İsrail, Türkiyə və Suriya arasında mümkün hərbi insidentlərin qarşısını almaq üçün xüsusi mexanizmin yaradılması üzərində işləyir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər