Bağçada uşağı elektrik vurdu
Özbəkistanın Buxara rayonunda uşaq bağçasında iki yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Hadisə zamanı uşaq nəzarətsiz qalıb və qəfil elektrik cərəyanına tuş gəlib. Təfərrüatlar açıqlanmasa da, müəllimin öz vəzifəsini yerinə yetirmədiyi müəyyən edilib.
Nəticədə ona qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb və iş artıq məhkəməyə göndərilib.
Türkan İsgəndərli