Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı
NATO nümayəndəsi İranın Avropadakı ABŞ obyektlərinə zərbə endirmək imkanını nəzərdən keçirməsi barədə xəbəri şərh edərkən alyansın istənilən təhlükəyə qarşı çıxmağa və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə CNN yazıb.
“NATO-nun hava hücumundan müdafiə sistemlərinin bu ilin əvvəlində İrandan Türkiyə istiqamətində atılan ballistik raketləri dörd dəfə uğurla ələ keçirməsi də göstərdi ki, çəkindirmə və müdafiə sahəsində mövqeyimiz möhkəm və effektivdir”, – deyə NATO nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hərbi blok “istənilən təhlükəyə qarşı çıxmağa hazırdır və bütün müttəfiqlərin müdafiəsi üçün hər zaman zəruri olan hər şeyi edəcək”.
Bundan əvvəl "Financial Times" mənbələrə istinadən yazıb ki, İran ABŞ tərəfindən münaqişənin daha da eskalasiyası halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Qəzetin məlumatına görə, Tehran ABŞ-nin Cənub-Şərqi Avropadakı obyektlərinə zərbələr endirmək variantını nəzərdən keçirib. Mümkün hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, eləcə də Kiprdəki obyektlər göstərilib.
Qiymət Mahir