Avropa Məhkəməsi "Google"u cərimələdi
"İnternet nəhəngi "Google"un Avropa Komissiyasının ona tətbiq etdiyi 4,1 milyard avroluq cəriməyə qarşı apellyasiyası rədd edilməlidir".
TodayPress TV xəbər verir ki, bunu Avropa İttifaqı Məhkəməsinin vəkili deyib.
Vəkilin qərar təklifi məhkəməni məcbur etməsə də, məhkəmənin yekun qərarında hansı mövqedə duracağını müəyyən etməyə kömək edir.
Avropa Komissiyası hesab edir ki, şirkət rəqabəti məhdudlaşdıraraq cihaz istehsalçılarını "Android" cihazlarında "Google"un axtarış tətbiqini və "Chrome" brauzerini quraşdırmağa məcbur edib.
Töhfə Səməd