Ankarada mədən faciəsi: Yaralananların sayı artdı - YENİLƏNDİ
Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.
Məlumata görə, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub. Tavanın çökməsi mədəndə uçqunun baş verməsi ilə nəticələnib.
***
Ankaranın Nallıhan rayonunda mədən ocağında uçqun baş verib.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində 1 işçi həyatını itirib, çox sayda işçi yaralanıb.
Hadisə ilə bağlı bölgəyə səhiyyə, yanğınsöndürmə, AFAD və təhlükəsizlik qrupları göndərilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Aysel Mətləb