Ankara Rusiya və Ukrayna prezidentlərinin görüşünə ümid edir
Türkiyə hakimiyyəti İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticə etibarilə Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüşə yol aça biləcəyinə ümid bəsləyir.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA”ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasından məlumat verilib.
Bildirilib ki, hələlik belə bir görüş barədə danışmaq tez olsa da, rəsmi Ankara prosesin bu istiqamətdə inkişaf etməsini arzulayır.
Qiymət Mahir