Almaniya XİN: Putinin siyasəti qəbuledilməzdir
Almaniyanın xarici işlər naziri Yoxann Vadeful Rusiya prezidenti Vladimir Putinin siyasətini “tamamilə qəbuledilməz” adlandırıb və onu insanlığa qarşı cinayətlərdə ittiham edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, siyasətçi bu barədə jurnalist Sandra Mayşbergerə verdiyi müsahibədə danışıb:
“Prezident Putinin siyasəti tamamilə qəbuledilməzdir. O, hər gün tamamilə əsassız bir müharibə aparır. Rusların Putinin rəhbərliyi altında etdikləri insanlığa qarşı cinayətdir. Mən belə insanlarla danışmaq istəmirəm və buna ehtiyac da görmürəm”.
Qiymət Mahir