AHBAP qalmaqalı böyüyür: Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olundu

AHBAP qalmaqalı böyüyür: Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olundu
16.07.2026 08:17 Dünya

Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində dərnəyin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla 14 nəfər həbs olunub.

TodayPress TV xəbər verir ki, məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində ümumilikdə 25 şübhəli məhkəmə qarşısına çıxarılıb. 

Məhkəmə 14 nəfərin həbsinə, digər 11 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbirinin seçilməsinə qərar verib.

İstintaq "cinayətkar qrup yaratma", "ağır dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması" maddələri üzrə aparılır. İddialara görə, AHBAP Dərnəyi adına toplanan ianələrin bir hissəsi şübhəlilərin hesablarına köçürülüb.

Bildirilib ki, maliyyə araşdırmaları zamanı bəzi şəxslərin gəlirləri ilə uyğun gəlməyən iri maliyyə əməliyyatları, qarşılıqlı böyük məbləğdə pul köçürmələri və qumar hesablarına vəsait köçürmələri müəyyən edilib.

İstintaq davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər