ABŞ yeni nüvə bombasının seriyalı istehsalına başlayacaq
ABŞ iyul ayında strateji aviasiya üçün nəzərdə tutulan "B61-13 (B61 Mod 13)" nüvə bombasının seriyalı istehsalına başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat yayıb.
Yeni modelin gücü 360 kiloton təşkil edir ki, bu da onu ABŞ nüvə arsenalındakı ən güclü döyüş başlıqlarından birinə çevirir.
Məlumata görə, bu bomba ABŞ prezidentinə böyük və mürəkkəb hədəflərə zərbə endirmək üçün əlavə imkanlar təqdim edəcək. Hər bir bombanın qiyməti təxminən 30 milyon dollar olaraq qiymətləndirilir.
Türkan İsgəndərli